Türkiyənin “Qalatasaray” və Ukraynanın “Dinamo” (Kiyev) futbol komandaları arasında xeyriyyə oyunu keçirilib.
YeniAvropa xəbər verir ki, İstanbuldakı NEF stadionunda oynanılan matçda Ukrayna klubu 3:1 hesablı qələbə qazanıb.
Oyundan əvvəl Ukraynadakı müharibədə dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, bilet satışından əldə olunan gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.