logo

"Kəpəz" və "Turan Tovuz" Premyer Liqa üçün əsas namizəddir"-AFFA

20:50 11-04-2022 | icon 3794
"Kəpəz" və "Turan Tovuz" Premyer Liqa üçün əsas namizəddir"-AFFA

"Detallı şəkildə sənədlərin və zəmanətlərin təqdim olunmasına gəldikdə, məhz "Turan Tovuz" və "Kəpəz" Premyer Liqa üçün əsas namizəd hesab edilir".

YeniAvropa xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev KİV-ə müsahibəsində deyib.

35 yaşlı funksioner hər lisenziyalaşdırma mövsümündən əvvəl klublarla iclas keçirildiyini xatırladıb: "Bu, lisenziyalaşdırma mövsümünün açılması da adlanır. Fors-major hal olmasa, bu toplantı oktyabrda baş tutur. Həmin iclasdan bir həftə sonra Premyer Liqada çıxış edən klublar həm avrokuboklar, həm də Premyer Liqa lisenziyası, I Divion təmsilçiləri isə Premyer Liqa üçün müraciət edə bilərlər".

Hacıyev cari mövsümdə I Diviziondan bir sıra klubun Premyer Liqa lisenziyası üçün müraciət etdiyini söyləyib: "Ondan sonrakı mərhələdə müəyyən sənədlərin və zəmanətlərin təqdim olunma proseduru start götürür. Bu iki klubun adının Premyer Liqa ilə hallanması məhz bununla bağlıdır".

Assosiasiya rəsmisi yekun qərarı AFFA-nın Lisenziyalaşdırma Komissiyasının verəcəyini sözlərinə əlavə edib: "Lisenziyalaşdırma prosedurunda bəzi məsələləri nəzərə alaraq bu mövzuda əlavə açıqlama vermək hazırda mümkün deyil. Bir müdddətdən sonra bu məsələ ilə bağlı daha dəqiq və detallı açıqlama vermək mümkündür".