logo

FIFA dünya çempionatının 3 ildən bir keçirilməsini təklif edir

15:30 07-04-2022 | icon 4123
FIFA dünya çempionatının 3 ildən bir keçirilməsini təklif edir

FIFA-nın prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatının 3 ildən bir keçirilməsini təklif edib.

YeniAvropa xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

C.İnfantino daha əvvəl mundialın 2 ildən bir təşkil olunması fikrini irəli sürmüşdü. Futbol ictimaiyyəti isə bunu narazılıqla qarşılamışdı. Bu dəfə isə isveçrəli funksioner turnirin 3 ildən bir keçirilməsini istəyir.

Onun yeni planına əsasən, ilk il 24 komandadan ibarət klublararası dünya çempionatı, növbəti ildə Avropa çempionatı və Amerika Kuboku kimi qitə birincilikləri, üçüncü ildə isə dünya çempionatının belə formatda təşkil olunması nəzərdə tutulub.