logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 829 min nəfəri ötür

17:49 05-04-2022 | icon 5054
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 829 min nəfəri ötür

Aprelin 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 12 min 54 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 844, ikinci doza vaksinlərin sayı - 1 min 259, üç və daha çox doza vaksinlərin sayı – 9 min 297, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 654-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 503 min 634, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 328 min 19, ikinci mərhələ üzrə 4 milyon 829 min 162, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 115 min 333, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 231 min 120-dir.