logo

Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

17:11 04-04-2022 | icon 2842
Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 67 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 40 nəfər müalicə olunaraq sağalıb, 9 mın 698 nəfər vəfat edib. Aktiv xəstə sayı 329 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 106, bu günə qədər isə ümumilikdə 6 milyon 716 min 463 test icra olunub.