logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 327 min nəfəri ötür

16:36 03-04-2022 | icon 2989
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 327 min nəfəri ötür

Aprelin 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 9 min 818 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 811, ikinci doza vaksinlərin sayı 848, üç və daha çox doza vaksinlərin sayı 7 min 594, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 565-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 491 min 577, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 327 min 175, ikinci mərhələ üzrə 4 milyon 827 min 901, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 106 min 35, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 230 min 466-dır.