logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 827 min nəfəri ötür

17:18 02-04-2022 | icon 2772
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 827 min nəfəri ötür

Aprelin 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 12 min 558 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 69, ikinci doza vaksinlərin sayı - 1 min 180, üç və daha çox doza vaksinlərin sayı – 9 min 718, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 591-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 481 min 759, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 326 min 364, ikinci mərhələ üzrə 4 milyon 827 min 53, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 98 min 441, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 229 min 901-dir.