logo

COVID-19-lu xəstələrlə çalışan həkimlərə mayın 1-dək əlavə maaş veriləcək

14:44 02-04-2022 | icon 2520
COVID-19-lu xəstələrlə çalışan həkimlərə mayın 1-dək əlavə maaş veriləcək

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

YeniAvropa xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti mayın 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəlcə bu müddət martın 1-dək nəzərdə tutulmuşdu.