logo

Azərbaycanda daha 47 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:56 01-04-2022 | icon 2660
Azərbaycanda daha 47 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 47 yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 979 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 938 nəfər müalicə olunaraq sağalıb, 9 mın 694 nəfər vəfat edib. Aktiv xəstə sayı 347 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 339, bu günə qədər isə ümumilikdə 6 milyon 706 min 12 test icra olunub.