logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 821 min nəfəri ötür

16:56 29-03-2022 | icon 2772
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 821 min nəfəri ötür

Martın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 18 min 957 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 31, ikinci doza vaksinlərin sayı - 2 min 475, üç və daha çox doza vaksinlərin sayı – 14 min 568, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 883-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 425 min 32, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 322 min 427, ikinci mərhələ üzrə 4 milyon 821 min 276, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 54 min 89, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 227 min 240-dır.