"Sabah" klubu növbəti mövsümdən ev oyunlarını "ASK Arena"da(keşmiş "Şəfa" stadionu) keçirəcək.
YeniAvropa xəbər verir ki, paytaxt təmsilçisi "Bank Respublika Arena"nı tərk edərək, yeni məkana üz tutacaq. Onlar Bakının mərkəzindəki stadionda "Keşlə"ni əvəzləyəcək. "Keşlə" isə tezliklə ev oyunlarını Şamaxıda yeni adla keçirəcək.