logo

Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

18:49 26-03-2022 | icon 3003
Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 641 nəfər müalicə olunaraq sağalıb, 9679 nəfər vəfat edib. Aktiv xəstə sayı 375 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2696, bu günə qədər isə ümumilikdə 6 milyon 681 min 983 test icra olunub.