logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 320 min nəfəri ötür

18:58 25-03-2022 | icon 2632
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 320 min nəfəri ötür

Martın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 6477 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 369, ikinci doza 691, üç və daha çox doza 5061, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 356-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 388 min 971, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 320 min 442, ikinci mərhələ üzrə 4 milyon 816 min 763, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 26 min 385, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 225 min 381-dir.