Martın 9-da futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.
YeniAvropa xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Portuqaliyanın “Portu” klubu Fransanın “Lion” komandasını, İspaniyanın “Real Betis” klubu isə Almaniyanın “Ayntraxt” kollektivini qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Bu oyunların daha erkən tarixə salınması həmin şəhərlərin digər təmsilçiləri “Braqa” və “Sevilya”nın da UEFA Avropa Liqasındakı ilk matçı doğma meydanda keçirəcəkləri ilə əlaqədardır. Onlar martın 10-da müvafiq olaraq, Fransanın “Monako” və İngiltərənın “Vest Hem Yunayted” komandaları ilə üz-üzə gələcəklər.
Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Rusiyanın “Spartak” klubu UEFA Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniyanın “Leyptsiq” komandası dörddəbir finala vəsiqə qazanıb.