Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska karyerasını başa vurub.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna əsilli idmançı özünün "İnstagram" səhifəsində paylaşım edib.
31 yaşlı cüdoçu bu qərarı həyatında baş verən bütün hadisələrdən sonra qəbul etdiyini bildirib: "Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, İrina Kindzerska "Tokio-2020" Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.