logo

"Puma" da Rusiyadan getdi

22:12 05-03-2022 | icon 3717
"Puma" da Rusiyadan getdi

İdman geyimləri və ayaqqabıları, eləcə də müvafiq məhsullar istehsal edən Almaniyanın "Puma" şirkəti Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar Rusiya Federasiyasında məhsulların tədarükünü və mağazaların fəaliyyətini dayandırdığını açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin "Twitter" hesabında məlumat paylaşılıb.

"Biz məhsullarımızın Rusiyaya tədarükünü dayandırdıq. Rusiya Federasiyasındakı bütün mağazaların işini dayandırmaq qərarına gəldik", - deyə şirkətin açıqlamasında qeyd edilib.

"Puma" həmçinin Rusiya Basketbol Federasiyası ilə müqaviləsini də dayandırdığını bildirib.