Bu gün Pekində Qış Paralimpiya Oyunları başlayır:Rusiya iştirak etmir
Bu gün Çinin paytaxtı Pekində 13-cü Qış Paralimpiya Oyunları başlayır.
YeniAvropa “Pekin-2022” Qış Paralimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, oyunlarda 49 ölkədən təxminən 650 paralimpiyaçı iştirak edəcək. Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq. Ən böyük heyətlə ev sahibi Çin, habelə ABŞ və Kanada komandaları oyunlarda iştirak edir.
Beynəlxalq Paralimpiya Komitəsi (İPC) Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla əlaqədar olaraq Rusiya və Belarus təmsilçilərinin “Pekin-2022” Qış Paralimpiya Oyunlarında İPC bayrağı altında iştirakına razılıq versə də, bəzi ölkələrin milli paralimpiya komitələrinin boykot çağırışlarından sonra qərarını dəyişərək, bu ölkələrdən olan idmançıların Paralimpiya Oyunlarında iştirakına qadağa qoyub.
“Pekin-2022”də paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparacaqlar. 24-cü Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenalar və “Olimpiya kəndləri” Paralimpiya Oyunlarında istifadə olunmaq üçün uyğunlaşdırılıb. Paralimpiya Oyunları üzrə yarışlar Pekin ilə yanaşı yaxınlıqda yerləşən Canciakou şəhərindəki 6 arenada təşkil olunacaq. Açılış mərasimi isə Qış Olimpiya Oyunlarında olduğu kimi, Pekindəki məşhur “Quş yuvası” stadionunda təşkil ediləcək. Fiziki imkanları məhdud şəxslərin də iştirakı ilə təşkil olunacaq açılış şousu 80 dəqiqə davam edəcək. Mərasimdə Çin Xalq Respublikasının Sədri Si Cinpin iştirak edəcək. Paralimpiya Oyunları martın 13-də başa çatacaq.
Paralimpiya məşəlinin estafeti isə davam edir. Martın 2-də başlayan estafet Pekin və Canciaokou şəhərlərini əhatə edir.
Qeyd edək ki, Azərbaycanı “Pekin-2022” Qış Paralimpiya Oyunlarında Mehman Ramazanzadə təmsil edəcək. O, kross-kantri növünün sprint kateqoriyasında çıxış edəcək. İdmançımız martın 9-da mübarizəyə qoşulacaq.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq