logo

Rusiyada keçiriləcək voleybol üzrə dünya çempionatı da ləğv olundu

13:53 01-03-2022 | icon 3556
Rusiyada keçiriləcək voleybol üzrə dünya çempionatı da ləğv olundu

Bu il Rusiyada keçirilməsi nəzərdə tutulan kişi voleybolçular arasında dünya çempionatı ləğv olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyası məlumat yayıb.

Dünya çempionatı avqustun 26-dan sentyabrın 11-dək keçirilməli idi. Mundialın Moskva, Sankt-Peterburq, Ufa, Yekaterinburq, Krasnoyarsk, Kalininqrad, Kazan, Kemerovo, Novosibirsk və Yaroslavl şəhərlərində keçirilməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, 2018-ci ildə İtaliya və Bolqarıstanın birgə ev sahibliyi etdiyi sonuncu dünya çempionatının qalibi Polşa millisi olub.