FIFA və UEFA Rusiya yığmalarını və klubları növbəti qərara qədər bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.
YeniAvropa xəbər verir ki, bu barədə FIFA Şurası və UEFA İcraiyyə Komitəsi birgə qərar qəbul edib.
Adıçəkilən qurumların qərarına əsasən Rusiya yığması DÇ-2022-nin pley-off mərhələsinə qatılmayacaq, komandaya yarımfinalda Polşa ilə matçda texniki məğlubiyyət veriləcək. Həmçinin Moskva “Spartak”ının da Avropa Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə oyunları ləğv olunub. Almaniya klubu növbəti mərhələyə adlayıb.
Bundan başqa, UEFA sponsoru “Qazprom”la əməkdaşlığı dayandırdığını açıqlayıb. Çempionlar Liqası, milli komandaların yarışları və AVRO-2024 daxil olmaqla, adıçəkilən şirkətlə bütün mövcud müqavilələr ləğv olunub.