"Formula 1" üzrə "Rusiya Qran-Pri"si ləğv olunub.
YeniAvropa xəbər verir ki, bu barədə "Formula 1" şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.
Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr nəticəsində hazırkı şəraitdə "Rusiya Qran-Pri"sinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib.
Qeyd edək ki, "Rusiya Qran-Pri"si 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi.