UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq Fransanın paytaxtı Parisə verilib.
YeniAvropa UEFA-nın saytına istinadla xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun icraiyyə komitəsi qərar qəbul edib.
Qərara əsasən, final matçı Rusiyanın energetika nəhəngi, UEFA-nın əsas sponsoru “Qazprom”un vəsaiti ilə tikilmiş eyniadlı arenada deyil, Parisdəki “Stad de Frans”da oynanılacaq.
Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.
Final matçı mayın 28-də keçiriləcək.