Fevralın 24-də futbol üzrə UEFA Konfrans Liqasının onaltıdabir final mərhələsinin cavab görüşlərinə start verilib.
YeniAvropa xəbər verir ki, 8 qarşılaşmadan beşi artıq başa çatıb.
Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" klubuna 3:0 hesabı ilə qalib gələn Fransanın "Marsel" komandası səkkizdəbir finala yüksəlib. "Köhlən atlar" Marseldəki matçda da rəqibinə uduzmuşdu - 1:3.
"Marsel"lə yanaşı, İngiltərənin "Lester", Serbiyanın "Partizan", Niderlandın PSV və Norveçin "Budyo Qlimt" klubları adını növbəti mərhələyə yazdırıb.
Gecənin görüşləri aşağıdakı hesabla başa çatıb:
"Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:3 (ilk oyun - 1:3);
"Randers" (Danimarka) - "Lester" (İngiltərə) - 1:3 (1:4);
"Partizan" (Serbiya) - "Sparta" (Praqa, Çexiya) - 2:1 (1:0);
"Makkabi" (Təl-Əviv, İsrail) - PSV (Niderland) - 1:1 (0:1);
"Budyo Qlimt" (Norveç) - "Seltik" (Şotlandiya) - 2:0 (3:1).