Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub.
YeniAvropa xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.
67 kq-da yer alan Tural Ağalarzadə həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Didar Amiraliyə uduzaraq gümüş medalla kifayətlənib.
84 kq-da mübarizə aparan Turqut Həsənov isə bürünc medal görüşündə avstriyalı Robin Rettenbaxeri məğlub edərək 3-cü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.