Norveç yığması Pekində keçirilən Qış Olimpiya Oyunlarında 16 qızıl, 8 gümüş və 13 bürünc medal qazanaraq yarışları birinci pillədə başa vurub.
YeniAvropa xəbər verir ki, medal sayına görə ikinci yeri Almaniya yığması (12-10-5), üçüncü yeri Oyunların ev sahibi – Çin komandası tutub. Dördüncü yerdə ABŞ komandası (8-10-7), beşinci pillədə isə İsveç yığması (8-5-5) qərarlaşıb.
Yarışların ilk günlərindən inamla çıxış edən Norveç komandası qızıl medalların sayına görə Qış Olimpiya Oyunlarının rekordunu təzələyib.
Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edib. Onlar idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparıblar.