logo

Pekin-2022:Finlandiya xokkey millisi ilk dəfə olimpiya çempionu oldu

10:30 20-02-2022 | icon 2800
Pekin-2022:Finlandiya xokkey millisi ilk dəfə olimpiya çempionu oldu

"Pekin-2022" Qış Olimpiya Oyunlarında xokkey yarışına yekun vurulub.

 YeniAvropa xəbər verir ki,  final oyununda Rusiya və Finlandiya milli komandaları üz-üzə gəliblər. Qarşılaşma Skandinaviya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Finlandiyalıların heyətində qolları 24-cü dəqiqədə Ville Pokka və 41-ci dəqiqədə Hannes Byörninen vurublar. Rusiya yığmasının yeganə qoluna isə 8-ci dəqiqədə Mixail Qriqorenko imza atıb.

Qeyd edək ki, Finlandiya yığması tarixində ilk dəfə olimpiya çempionu olub. Rusiya seçməsi isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında qızıl medallara sahib çıxıb.

Ümumilikdə olimpiya "qızıl"ı indiyədək 9 ölkəyə qismət olub. Finlandiyadan əlavə, Kanada 9 dəfə , keçmi  SSRİ yığması 7 dəfə, ABŞ və İsveç 2, Böyük Britaniya,  Çexiya, MDB və Rusiya milli komandaları hərəyə 1 dəfə çempion titulunu əldə edib.