logo

Cüdoçularımız  Tel-Əviv“Böyük dəbilqə”sini ikinci yerdə başa vurub

21:45 19-02-2022 | icon 3101
Cüdoçularımız  Tel-Əviv“Böyük dəbilqə”sini ikinci yerdə başa vurub

Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycanın cüdo komandası uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.

 YeniAvropa xəbər verir ki, qızıl medalları komandamızın aktivinə Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) yazdırıblar. Gümüş medala Yaşar Nəcəfov (66 kq), bürünc mükafata isə Zelim Kotsoyev (100 kq) sahib olublar.

Bununla da Azərbaycan komandası 34 ölkə arasında ümumi hesabda ikinci yeri tutub. Birinci yerdə 4 qızıl, 4 bürünc medalla Fransa, üçüncü pillədə isə 2 qızıl, 1 gümüş medalla Gürcüstan komandaları qərarlaşıblar.

Komandamız kişilərin mübarizəsində birinci yerə sahib olub. İkinci yeri 2 qızıl medalla Gürcüstan, üçüncü yeri isə 1 qızıl, 2 bürünc medalla İsrail komandaları tutublar.