Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirinin sonuncu günündə daha beş cüdoçumuz mübarizəyə başlayıb.
YeniAvropa xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev ilk görüşdə İsrail təmsilçisi Nadav Zurat, Rüfət İsmayılov isə Gürcüstan təmsilçisi Uşangi Margiani ilə üz-üzə gələcəklər. Yüz kiloqram çəki dərəcəsində mübarizə aparan idmançılarımız - Zelim Kotsoyev Monqolustan cüdoçusu Xanqal Adbatar, Elmar Qasımov isə Robert Florentino (Dominikan Respublikası) ilə görüşəcəklər. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində yarışda isə Uşangi Kokauri startda Gürcüstan cüdoçusu Onise Buqadzeni sınağa çəkəcək.
Qeyd edək ki, 9 idmançı ilə yarışa qatılan komandamızın aktivində iki medal var. Hidayət Heydərov (73 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) isə gümüş medallara sahib olublar.