Azərbaycanı "Pekin-2022" Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabovanın final mərhələsindəki yekun mövqeyi bəlli olub.
YeniAvropa xəbər verir ki, 19 yaşlı idmançı yarışı 179,97 xalla 15-ci pillədə başa vurub.
Ryabova sərbəst proqramda 118,15 xal, bundan əvvəlki qısa proqramda isə 61,82 xal toplaya bilib.
Qadınların fərdi yarışında Qış Olimpiya Oyunlarının qızıl medalını 255,95 xalla Rusiya Olimpiya Komitəsini (ROC) təmsil edən Anna Şerbakova qazanıb. Onun həmyerlisi Aleksandra Trusova (251,73) ikinci, yaponiyalı Kaori Sakamoto (233,13) üçüncü olub.
Gözləntilərin əksinə olaraq, digər ROC təmsilçisi Kamila Valiyeva isə 224,09 xalla 4-cü yeri tutub. Baxmayaraq ki, o, qısa proqramdan sonra 1-ci yerdə qərarlaşmışdı.