Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Pekinə səfəri zamanı Çinin idman nazirinin müavini, bu ölkənin Olimpiya Komitəsinin vitse-prezidenti Li Yunqçuan ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlıq və Qış Olimpiya Oyunlarının təşkili məsələləri müzakirə olunub.
Müzakirələrdə “Pekin-2022”də Olimpiya komandasının şef de-missionu Anar Bağırov da iştirak edib.
F.Qayıbov üç günlük səfər çərçivəsində idmanın müxtəlif növləri üzrə yarışları da izləyib. Olimpiadada Azərbaycanı təmsil edən fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşən nazir bu gün qadın idmançımızın qısa proqramdakı çıxışını izlədikdən sonra Vətənə qayıdacaq.