logo

“Marsel” - “Qarabağ” oyununu monteneqrolu hakimlər idarə edəcək

13:11 15-02-2022 | icon 2492
“Marsel” - “Qarabağ” oyununu monteneqrolu hakimlər idarə edəcək

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Marsel” (Fransa) – “Qarabağ” (Ağdam) oyununun hakimləri açıqlanıb.

YeniAvropa xəbər verir ki,, qarşılaşmanı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edəcək. Ona Milovan Djukiç və Vladan Todoroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Miloš Boškoviç yerinə yetirəcək.

“Qarabağ”ı Marsel şəhərinə aparacaq təyyarə bu gün saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək. Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda olacaq.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.