Kişi taekvondoçulardan ibarət millimizin üzvü Radik İsayev “Turkish Open” beynəlxalq turnirinin qalibi olub.
YeniAvropa xəbər verir ki, taekvondoçumuz rəqibləri Türkiyə təmsilçisi Ekrem Əli Yılmaz, koreyalı Ho Yeon Kang, özbəkistanlı Şokruk Rəcəbov və son görüşdə Rusiya idmançısı Mixail Poduzovu məğlub edərək “Turkish Open”də qızıl medal qazanıb.
Komandanın digər üzvlərindən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq) yarlmfinalda məğlub olaraq bürünc medala layiq görülüblər.
Beləliklə, komandamız 49 ölkədən 1250 taekvondoçunun qatıldığı ənənəvi turniri bir qızıl və dörd bürünc medalla başa vurub.
Xatırladaq ki, qadınlar arasında ilk yarış günü iki taekvondoçumuz - Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) bürünc medala sahib olub.