logo

"Çelsi" ilk dəfə klublararası dünya çempionatının qalibi oldu

10:10 13-02-2022 | icon 2534
"Çelsi" ilk dəfə klublararası dünya çempionatının qalibi oldu

İngiltərənin "Çelsi" klubu futbol üzrə klublararası dünya çempionatının qalibi olub.

 YeniAvropa xəbər verir ki,  "zadəganlar" Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Məhəmməd bin Zayed" stadionunda təşkil olunmuş final oyununda Braziliya "Palmeyras"ını məğlubiyyətə uğradıb - 2:1.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 55-ci dəqiqədə "Çelsi"nin hücumçusu Romelu Lukaku vurub. 64-cü dəqiqədə Rafael Veyqa penalti ilə bərabərliyi təmin edib. 117-ci dəqiqədə isə Kay Haverts penaltini dəqiq yerinə yetirib və Çempionlar Liqasının finalında olduğu kimi yenə qələbə topunun müəllifi olub. 120+6-cı dəqiqədə Luan qırmızı vərəqə alaraq, "Palmeyras"ı azlıqda qoyub. 

Beləliklə, "Çelsi" tarixində ilk dəfə klublar arasında dünya çempionluğu əldə edib.