Pekin-2022: Kamila Valiyeva ilə bağlı dopinq qalmaqalı davam edir
Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya Antidopinq Agentliyinin (RUSADA) fiqurlu konkisürən Kamila Valiyevaya verilmiş müvəqqəti diskvalifikasiya cəzasını ləğv etməsinə etirazını bildirib.
"Report" WADA-nın rəsmi tviter səhifəsinə istinadən xəbər verir ki, qurum qanında qadağan olunmuş trimetazidin maddəsi aşkarlanan 16 yaşlı idmançının antidopinq qaydalarını pozması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlayıb.
Vəliyevanın apellyasiya şikayətindən sonra qərarın dəyişdirilməsi Ümumdünya Antidopinq Məcəlləsindən sui-istifadə kimi dəyərləndirilib. Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq Konkisürmə İttifaqı (ISU) RUSADA-nın qərarından CAS-a şikayət edib.
Rusiya Antidopinq Agentliyi isə dopinq testinin müsbət çıxmasından sonra Vəliyevanın məşqçilər heyəti ilə bağlı araşdırmaya başlayıb. Araşdırmanın məqsədi yetkinlik yaşına çatmayan və "mühafizə olunan şəxs" statusu daşıyan idmançının maraqları naminə mümkün antidopinq qayda pozuntusunun bütün hallarını müəyyən etməkdir. Qurum eyni zamanda, Vəliyevanın B nümunəsinin analizini tələb etmək hüququ ilə bağlı araşdırmanı da davam etdiriləcək.
Rusiya hökuməti əmindir ki, fiqurlu konkisürənlə bağlı məsələdə anlaşmazlıq var və ona prosesin sonunu gözləməyi təklif edib. Kremlin sözçüsü Dmitri Peskov Vəliyevanı üzünü gizlətməməyə, qürurla yeriməyə və hamını məğlub etməyə çağırıb. Peskov ölkə rəhbərliyinin onu tam dəstəklədiyini qeyd edib. Rusiya Olimpiya Komitəsi (OKR) də idmançıya dəstək nümayiş etdirib və ona hüquqi yardım göstəriləcəyini vurğulayıb. OKR prezidenti Stanislav Pozdnyakov etiraf edib ki, dopinq testi ilə bağlı qərar komanda turnirinin sonunadək təxirə salına bilərdi. Rusiya Fiqurlu Konkisürmə Federasiyası da idmançısının dürüstlüyünə və saflığına şübhə etmədiyini, hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün hər cür səy göstəriləcəyini, həmçinin ona hərtərəfli yardım ediləcəyini açıqlayıb.
Əslən Tatarıstandan olan Valiyevanın dopinq testinin müsbət çıxması ilə bağlı məlumat əvvəlcə Rusiya Antidopinq Agentliyinə ötürülüb və qurum fevralın 8-də fiqurlu konkisüəni Pekin-2022 Qış Olimpiya Oyunları da daxil olmaqla, bütün yarışlarda iştirakdan müvəqqəti olaraq kənarlaşdırıb. Olimpiadada test götürülmədiyi və buna görə də IOC-un sanksiya tətbiq etmək səlahiyyəti olmadığından qərarı RUSADA qəbul edib. Fevralın 9-da Vəliyeva qərardan təşkilatın İntizam Komitəsinə apellyasiya verib. Həmin gün idmançının şikayəti təmin edilib. Lakin qərarın əsaslandırıcı hissəsi təqdim olunmayıb.
Qeyd edək ki, Kamila Valiyeva dekabrın 25-də - Rusiya çempionatı başa çatdıqdan sonra test verib və analiz nümunəsi İsveçin paytaxtı Stokholmdakı laboratoriyaya göndərilib. İdmançı bu ilin yanvarında Estoniyanın paytaxtı Tallinndə keçirilmiş Avropa çempionatında iştirak edib və orada qalib olub. O, fevralın 7-də Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışında qızıl medal qazanıb. Fevralın 8-də isə Stokholm laboratoriyası fiqurlu konkisürəndən götürülmüş analizin müsbət çıxdığını və onun nümunəsində qadağan olunmuş trimetazidin preparatının aşkar edildiyini açıqlayıb. Bu maddə hüceyrələrin enerji mübadiləsini normallaşdıraraq ürək-damar xəstəliklərinin qarşısını almaq üçün istifadə olunur. Dərman idmançıların nəticələrinə heç bir təsir göstərmir, lakin onun həm yarışda, həm də yarışdankənar istifadəsi qadağandır. Bu səbəbdən Rusiya komandasının mükafatlandırılma mərasimi təxirə salınıb.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq