Fevralın 12-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürəcək cüdo üzrə Açıq Avropa turniri üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, iki gün davam edəcək yarışa ümumilikdə 18 tatami ustası yollanıb.
Məşqçilər Mehman Əzizov və Elxan Rəcəblinin rəhbərliyi altında kişilərin mübarizəsinə Samir Piriyev, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev, Vaqif Tarverdiyev (hər ikisi 66 kq), Qədir Hüseynov, Məmmədrza Hacızadə (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (hər üçü 81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (hər ikisi 100 kq) qatılacaq.
Məşqçi Vüqar Hüseynovun rəhbərlik etdiyi qadınlardan ibarət millinin heyətində isə Ramilə Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (hər ikisi 52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq) yer alıb.
Xatırladaq ki, Açıq Avropa turnirində 26 ölkədən 331 (197 kişi, 134 qadın) cüdoçu iştirak edəcək.