Fevralın 24-27-də İstanbulda güləş üzrə Yaşar Doğu xatirə turniri keçiriləcək.
YeniAvropa xəbər verir ki, mövsümün ilk reytinq xarakterli turnirində yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası da mübarizə aparacaq.
Yığmamızın turnir üçün heyəti açıqlanıb. Turnirdə ölkəmizi İbrahim Nurullayev (55 kq), Eldəniz Əzizli (60 kq), Taleh Məmmədov, Murad Məmmədov (63 kq), Namaz Rüstəmov, Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə, Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murad Lokyayev (hər ikisi 97 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.
Dünya çempionatınadək 4 reytinq xarakterli turnir keçiriləcək. Dünya birinciliyi sentyabrın 10-18-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.