Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev “Pekin-2022” Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.
YeniAvropa xəbər verir ki, idmançımız bu gün sərbəst proqramda buz üzərinə çıxıb. Onun çıxışı 155,04 xalla qiymətləndirilib. V.Litvintsev bu hərəkətdə 19-cu olub. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb. Təmsilçimiz yarışı 18-ci pillədə başa vurub.
Qeyd edək ki, Olimpiya çempionu adına ABŞ təmsilçisi Natan Çen yiyələnib. O, 332,60 xal toplayıb. İlk üçlüyü yaponiyalı idmançılar Yuma Kaqiyama və Sema Uno tamamlayıblar.