Futbol üzrə klublararası dünya çempionatında digər finalçının adına aydınlıq gəlib.
YeniAvropa xəbər verir ki, yarımfinalda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 1:0 hesabı ilə məğlub edən İngiltərənin "Çelsi" klubu həlledici qarşılaşmada oynamaq hüququ qazanıb. Yeganə qolu 32-ci dəqiqədə Romelu Lukaku vurub.
"Zadəganlar"ın finaldakı rəqibi Braziliya "Palmeyras"ı olacaq. 3-cü yer uğrunda matçda isə "Əl-Hilal" və "Misirin "Əl-Əhli" klubları üz-üzə gələcəklər.
Hər iki görüş fevralın 12-də keçiriləcək
Qeyd edək ki, klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunur.