Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa klublarının yeni reytinq siyahısını açıqlayıb.
YeniAvropa xəbər verir ki, 112 komandanın yer aldığı cədvəldə Azərbaycan təmsilçisi “Qarabağ”da var. Ağdam təmsilçisi 85,6 xalla 88-ci pillədə qərarlaşıb.
Niderlandın “Ayaks” klubu 292 xalla qitənin ən reytinqli klubudur. İngiltərə təmsilçiləri “Çelsi” (287 xal) və “Mançester Siti” (286) ilk üçlükdə yer alıblar.