Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa kuboku yarışı keçiriləcək.
YeniAvropa xəbər verir ki, turnirdə Azərbaycanın 22 təmsilçisinin iştirakı planlaşdırılır. Belə ki, komandamızın heyətində 16 kişi, 6 qadın cüdoçusu yer alacaq.
Turnir fevralın 12-də start götürəcək və iki gün davam edəcək.
Yarışda iştirak etmək üçün indiyədək 27 ölkədən 362 idmançı qeydiyyatdan keçib.