logo

Uşangi Kokauri  Paris “Böyük dəbilqə”sində ikinci oldu

20:30 06-02-2022 | icon 2604
Uşangi Kokauri  Paris “Böyük dəbilqə”sində ikinci oldu

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) gümüş medal qazanıb.

YeniAvropa xəbər verir ki, təmsilçimiz həlledici mərhələdə Monqolustan təmsilçisi Tsetsencel Odxuu ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki,  Azərbaycan bu gün başa çatan yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edib.