logo

Cüdoçumuz Paris “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

15:54 06-02-2022 | icon 2359
Cüdoçumuz Paris “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

Parisdə keçirilən “Böyük dəbilqə” turniri davam edir.

YeniAvropa xəbər verir ki, Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) yarımfinalda Cənubi Koreya təmsilçisi Minjonq Kimi məğlub edərək turnirin finalına vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.