logo

Kəramət Hüseynov Paris “Böyük dəbilqə”sində bürünc medal üçün yarışacaq

17:27 05-02-2022 | icon 2562
Kəramət Hüseynov Paris “Böyük dəbilqə”sində bürünc medal üçün yarışacaq

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Kəramət Hüseynov bürünc medal uğrunda mübarizə aparacaq.

YeniAvropa xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Daouda Dabone (Kot d’ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlsə də, bu mərhələdə yaponiyalı Ryuju Nagayamaya uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə gürcüstanlı Jaba Papinaşvili ilə mübarizə aparacaq.

Turnirdə mübarizə aparan digər cüdoçumuz Rüstəm Orucov (73 kq) ilk qarşılaşmada fransalı Benjamin Axusa məğlub olub. Həmin çəkidə turnirə qatılan daha bir təmsilçimiz - Hidayət Heydərovun da çıxışı uğursuz olub. Belə ki, o, Fransanın digər cüdoçusu Theo Riquinə qalib gəlsə də, sonrakı mərhələdə qambiyalı Faye Njieyə uduzub.

Qeyd edək ki, iki gün davam edəcək nüfuzla yarışda Azərbaycan 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.