Bu gün Parisdə start götürəcək “Böyük dəbilqə” turnirində Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır.
YeniAvropa xəbər verir ki, komandamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşünü Daouda Daboneyə (Kot d’ivuar) qarşı keçirəcək. Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizəyə qatılacaq Rüstəm Orucov fransalı Benjamin Axus, Hidayət Heydərov isə bu ölkənin digər təmsilçisi Theo Riquin ilə üz-üzə gələcək.
Qeyd edək ki, iki gün davam edəcək bu nüfuzlu yarışda Azərbaycan 6 cüdoçu ilə təmsil olunur.
Turnirdə 52 ölkədən 285 idmançı iştirak edəcək.