Fevralın 5-də Parisdə start götürəcək “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
YeniAvropa xəbər verir ki, ilkin mərhələdə mübarizə aparacaq Kəramət Hüseynov (60 kq) Daouda Dabone (Kot-d’İvuar), Rüstəm Orucov Fransa təmsilçisi Benjamın Axus, Hidayət Heydərov isə bu ölkənin digər təmsilçisi Theo Riquin (73 kq), Məmmədəli Mehdiyev (90 kq) Rafael Macedo (Braziliya) - Maxıme-Gael Ngayap Hambou (Fransa) cütünün qalibi, Zelim Kotsoev (100 kq) polşalı Piotr Kuczera, Uşangi Kokauri (+100 kq) Monako cüdoçusu Marvın Gadeau ilə qarşılaşacaqlar.
Yarış iki gün davam edəcək.
Turnirdə 52 ölkədən 285 idmançı iştirak edəcək.