ABŞ-ın nüfuzlu “Assoşeyted Press” agentliyi ənənəvi olaraq Qış Olimpiadasının medal sıralaması ilə bağlı proqnozlarını açıqlayıb.
YeniAvropa xəbər verir ki, nəşrin proqnozlarına görə, Norveç millisi 20 qızıl, 8 gümüş və 11 bürünc medalla “Pekin-2022” Qış Olimpiya Oyunlarının qalibi adını qazanacaq. Olimpiadanın ən uğurlu idmançısı isə Yohannes Klebo olacaq. Norveçli xizəkçinin 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanacağı gözlənilir. Ekspertlər Y.Klebonun skiatlon, sprint, komanda sprinti və estafet yarışlarında uğur əldə edəcəyini gözləyir.
Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası fevralın 4-18-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmə yarışında mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında çıxış edəcəklər. Azərbaycan Olimpiya komandasının bayraqdarı V.Litvintsev fevralın 8-də və 10-da yarışacaq. Fevralın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Y.Ryabovanın yarışı fevralın 15-də və 17-də baş tutacaq.