Fevralın 3-də Gənclər və İdman Nazirliyində Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib.
YeniAvropa xəbər verir ki, AHF-nin hazırkı prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən federasiya rəhbəri seçilib.
Xatırladaq ki, Saleh Məmmədov 2016-cı il dekabrın 1-dən AHF-yə rəhbərlik edir.