10 komandalı Azərbaycan Premyer Liqası 4 dövrəli sistemlə keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.
O, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə şifahi danışığının olduğunu söyləyib.
Qeyd edək ki, 2022/2023 mövsümündən Premyer Liqada 10 komanda mübarizə aparacaq.