logo

Fransa hökuməti “Qarabağ”ın Marseldə oynamasına icazə verdi

11:55 01-02-2022 | icon 2618
Fransa hökuməti “Qarabağ”ın Marseldə oynamasına icazə verdi

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” klubunun  “Marsel”lə səfər oyununu Fransada keçirəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Fransa hökuməti ölkə təmsilçisinin müraciətini müsbət cavablandıraraq, görüşün Marsel şəhərində keçirilməsinə icazə verib.

Məsələ burasındadır ki, Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlər Fransada qəbul olunmur. Lakin idmandan məsul nazir nümayəndəsi Roksana Marasinyanu bildirib ki, Rusiya və Çin peyvəndi vurulan idmançılar ölkə ərazisinə daxil ola bilərlər.

Onun sözlərinə görə, xarici idmançılar ölkələrində tam peyvənd təqvimini təqdim etmələri və ciddi sağlamlıq protokoluna əməl etmələri şərti ilə Fransaya buraxılacaqlar. Futbolçular qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər. Bu isə o deməkdir ki, “Marsel” – “Qarabağ” matçının “Velodrom” stadionunda keçirilməsinə heç bir maneə qalmayıb.

Qeyd edək ki, Fransadakı görüş fevralın 17-də baş tutacaq. Cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.