Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirinin finalına yüksəlib.
YeniAvropa xəbər verir ki,yarımfinala gedən yolda bütün rəqiblərini məğlub edən idmançımız həlledici oyunda iştirak etmək üçün yaponiyalı Taiki Nakamura üzərində qələbə qazanıb.
Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.