Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində Azərbaycan cüdoçusu yarımfinala vəsiqə qazanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Yarışda idmançımız Balabəy Ağayev ilk qarşılaşmada özbəkistanlı Baxrom Boturov, sonrakı görüşlərdə isə İsveçrə təmsilçisi Lionel Sçvanderi və monqolustanlı Tsogt-Oçir Byambajavi məğlub edərək yarımfinala adlayıb. Y
arımfinalda onun rəqibi yaponiyalı Taiki Nakamura olacaq.
Qeyd edək ki, turnirdə Azərbaycanı beş cüdoçu təmsil edir.
Yarışda 41 ölkədən 300-ə yaxın idmançı iştirak edir.